Binəqədidə “VAZ” naməlum şəxsi vurub, öldürüb

Median.Az xəbər verir ki, aprelin 20-i saat 23 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini M.Həsənov idarə etdiyi “VAZ-2111” markalı avtomobillə təxminən 40-45 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.