Bakıda “Mercedes” qadını vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Dərgahov Nurlan Ruslan oğlu idarə etdiyi “Mercedes S klass” markalı avtomobillə Füzuli küçəsində hərəkətdə olarkən piyada Əliyeva Fəxriyyə Hikmət qızını vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.