Azərbaycanda oynamış futbolçu ömürlük futboldan uzaqlaşdırılıb

“Bakı” klubunun sabiq futbolçusu İbrahim Karqbo ömürlük futboldan uzaqlaşdırılıb.

Median.Az report-a istinadən xəbər verir ki, 37 yaşlı oyunçu matçların nəticələrini manipulyasiya etdiyi üçün bu cəzaya məruz qalıb.

Qeyd edək ki, İbrahim Karqbo 2010-2013-cu illərdə “Bakı” komandasında çıxış edib. Sierra Leoneli oyunçu son olaraq İngiltərənin aşağı liqa komandası olan “Dulviç Hamlet”in formasını geyinib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *