Salyanda 35 yaşlı müəllimə özünü çaya atdı – Axtarılır +Yenilənib

Salyanda bir nəfər çayda batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.//qafqazinfo.az

***

Median.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *