Salyanda yol qəzası olub, 9 nəfər xəsarət alıb – YENİLƏNİB

Salyan rayonunda “QAZel” markalı mikroavtobusla “Mercedes markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan 9 nəfərin kimliyi məlum olub.

Median.Az report-a istinadən xəbər verir ki, bunlar Salyan rayon sakinləri – 1999-cu il təvəllüdlü Kərimov Bilal Nazir oğlu, 1962-ci il təvəllüdlü Əmənova Əzizə Əmir qızı, 1978-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu, 1979-cu il təvəllüdlü Muradov Elməddin Yuris oğlu, Cəlilabad Rayon sakinləri – 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Məmmədağa oğlu, 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hatəm oğlu, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əliyeva Şəfa Famil qızı və Masallı rayon sakini, 1965-ci il təvəllüdlü Zeynalova Xumraz Feyruz qızıdır.

Onlardan 5-i xəstəxanaya yerləşdirilib, 4-ü isə müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıb.

19:37

Salyan rayonunda yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Noxudlu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “QAZel” markalı yük maşını ilə “Mercedes markalı avtomobil toqquşub. Nəticədə 7 nəfər xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.