• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Şənbə, May 9, 2026
  • Login
Median.Az
  • Ana səhifə
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
  • Ana səhifə
  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Bakıda itkin düşən məktəbli qız tapılıb – YENİLƏNİB – FOTO

by
Aprel 27, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bakıda itkin düşən məktəbli qız tapılıb.

Median.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət daxil olub.

Müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.

———
14:46

Bakıda ötən gün itkin düşən məktəbli qızla bağlı bəzi təfərrüatlar məlum olub.

Median.Az Trend-ə istinadən bildirir ki, məktəblinin yaxınları deyib ki, Aydan sonuncu dəfə məktəbin yaxınlığında olan mağazanın kameralarında görüntülənib.

Sinif yoldaşlarının sözlərinə görə, qız məktəbdən çıxarkən harasa tələsirmiş.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Aydan Əliyeva ötən gün saat 13 radələrində təhsil aldığı məktəbdən çıxaraq mağazaya gedib.

Aydan Əliyeva Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən 5 saylı məktəbin 7-ci sinif şagirdidir.

———–

13:21

Bakıda dünən itkin düşən Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevanın axtarışları hələ də bir nəticə verməyib.

Median.Az bildirir ki, Aydanın anası Təranə Yusifova baku.ws-ə açıqlamasında Aydan itkin düşəndən bəri fasiləsiz olaraq qızını axtardığını deyir:

“Dünəndən küçələrdə qızımı axtarıram. Hər kəsə yalvarıram, qızımı kim görübsə, gecikmədən mənə xəbər versin. Aydan evdən çıxanda başında qırmızı rəngdə bandana vardı. Əynində yaşıl gödəkçə, ayağında ağ-qara krassovka, ağ rəngli köynək, tünd göy ətək, jaket və eyni rəngdə kalqotka geyinmişdi. Mən qızımı 1 saat nəzarətsiz qoymamışam. Bəlkə də belə davranmaqla səhv etmişəm”.

Məktəbin deirektoru Nərminə Gündüzlü Aydanın nümunəvi şagird olduğunu söylədi:

“Çox yaxşı şagirddir. Oxumağı da, tərbiyəsi də. Qiymətləri 4-5 idi. Özünü heç vaxt qeyri-adekvat aparmayıb. Yəni risk qrupuna daxil uşaq deyildi. Özünə qapalı uşaq deyildi, ünsiyyətcil idi. Gülüb-danışan qız idi.

Neçə ildir o məktəbdə işləyirəm, o ailə haqqında mənfi heç nə eşitməmişəm. Anası Aydanı nəzarətdə saxlayırdı, bütün valideyn iclaslarına gəlirdi. Uşağının hər addımı ilə maraqlanırdı.

Uşaq itkin düşən kimi anasına mən məsləhət gördüm ki, polisə müraciət etsin”.

Qeyd edək ki, A.Əliyeva dünən 26 apreldə dərsləri bitdikdən sonra – saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb. Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydanın təhsil aldığı 5 saylı orta məktəb 4-cü mikrorayonda yerləşir. Özü isə anası ilə birlikdə 9-cu mikrorayonda yaşayır.

Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə, əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi Rayon 19-cu Polis Bölməsindən bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55) 207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

———
12:06

Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.

Median.Az baku.ws-ə istinadən xəbər verir ki, 4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.

O, dərsləri bitdikdən sonra – saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb.

Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır.

Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə, əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

Previous Post

“Formula-1”ə görə bağlı olan İçərişəhərdə qadının doğum sancısı tutdu

Next Post

Bakıda gənc qızın 200 min manata yaxın pulu mənimsənilib

Next Post

Bakıda gənc qızın 200 min manata yaxın pulu mənimsənilib

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Qızılın qiyməti qalxdı

Qızılın qiyməti qalxdı

May 7, 2026

Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar artıb – Video

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In