Bakıda gənc qızın 200 min manata yaxın pulu mənimsənilib

Bakıda gənc qızın külli miqdarda pul vəsaiti mənimsənilib.

Median.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, 1993- cü il təvəllüdlü Arifə Muradlı bu barədə Yasamal rayon 27- ci polis bölməsinə ərizə ilə müraciət edib.

O, bildirib ki, 2014-2018-ci illərdə yaşadığı ünvanda tanışları İsak və Həsənağa adlı şəxslərə 85.800 funt sterlinq və 11.800 ABŞ dolları məbləğində pul vəsaiti verib.

Lakin həmin şəxslər onu aldadıraq pul vəsaitini mənimsəyib.

Hazırda fakt üzrə polis bölməsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *