Neftçalada “Mercedes” aşıb, sərnişin ölüb

Median.Az xəbər verir ki, aprelin 27-i saat 17 radələrində 1-ci Mayak kəndi ərazisində, Bakı şəhər sakini E.Xanməmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sərnişin Vüqar Ələkbərov hadisə yerində ölüb.

Neftçala RPŞ-də faktla bağlı araşdırma aparılır.