• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Bakı bulvarında kanalizasiya iyrəncliyi – VİDEO

by
Aprel 29, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bakıda hələ də Xəzər dənizini çirkləndirməkdə davam edirlər.

Bu barədə paytaxt sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər. Bildirilir ki, Bakı Dəniz Vağzalının yaxınlığında kanalizasiya suları birbaşa dənizə tökülür.

Hadisənin görüntülərini göndəriblər. Videodan da göründüyü kimi çirkab sular boru vasitəsilə birbaşa dənizə axıdılır.

Məsələ ilə əlaqədar ilk öncə Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, bu məsələ Bakı meriyasının səlahiyyətləri çərçivəsində deyil.

Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin şöbə rəisi Mirsalam Qəmbərov BAKU.WS-ə bildirdi ki, dəfələrlə bu məsələ qaldırılsa da, hələ də problem tam aradan qaldırılmayıb.

“Biz hamımız bu ölkənən vətəndaşlarıyıq. Ən başlıcası isə biz hamımız insanıq. İstəyirik ki, hər şey yaxşı olsun. Bunun üçün isə mütləq yaxşı işləməliyik. Heç imi tənqid etmək istəmirəm. Hər bir qurumun öz öhdəlikləri var.

Mərkəzi icra orqanları var. Ekoloji məsələlərlə Ekologiya Nazirliyi məşğul olur. Su və kanalizasiya məsələlərilə isə “Azərsu” məşğul olur. Keçmişdən kifayət qədər bizə miras qalan tullantı suların idarə olunmasında problemlər qalır. İndi də bir çox səhvlər gedir”, – deyə nazirlik rəsmisi bildirib.

Mirsalam Qəmbərov deyir ki, kanalizasiya şəbəkəsi formalaşan tullantı suyun kəmiyyət və keyfiyyəti nəzərə alınmadan, yaşayış massivləri salınır:

“Şəhər böyüyür. Şəhərsalmanın kompleks yanaşması var. Gərək hər şey öz yerini tapsın ki, problemlər aradan qaldırılsın.

Tərəf müqabilinin qarşısında məsələni qoyanda deməməlidirlər ki, bu problemdir və mənim balansımda yoxdur. Problem kanalizasiya məsələsindən qaynaqlanmır.

Bu məsələni “Azərsu” yüksək səviyyədə qaldırmalıdır. Bizim bir Bakı bulvarımız var. Onu çirkləndirən elementlər hamını narahat edir. Qonaqlar baş verənləri görürlər.

Bütün gücü bir istiqamətə vurmalıdırlar. Sahil kollektoru saat kimi işləməlidir”.

Burada səbəb nədir?

Mirsalam Qəmbərov deyir ki, bu gün yağış kolektorları şəhərdən perpendikulyar şəkildə Xəzər dənizinə gedir:

“Azadlıq prospekti, Yusif Səfərovdur, Keşlə kollektoru və adını çəkmədiyim xətlər yağış suyuna xidmət etməlidir. Yağış suyunun kollektoru ilə kanalizasiya suyunun axıdılması olmaz. Səbəb odur.

Ona görə də, bütün bu şəbəkə sistemi tam cilovlanmalıdır və ayrılmalıdır. Yağış suları ilə kanalizasiya suyunun görüşmə yeri ləğv olunmalıdır. Burada səbəb budur”.

Qurunt sularına gəlincə, Mirsalam Qəmbərov vurğulayıb ki, ondan iy gəlmir:

“İy gələn isə kanalizasiya sularıdır. Qurunt suları drenaj sularıdır. Şəhərdə harada drenaj şəbəkəsi var ki, oradan da qurunt suları yayılır.

Qrunt suyu təsərrüfat sahəsində, melarasiya olan ərazilərdə, yaşıllıqların suvarılmasında. Bu gün orada formalaşan suların həmin kollektordan qaçması deməkdir.

Yağış kollektorları yağış suları üçün nəzərdə tutulur. Təsərrüfat mənşəli tullantı sular kanalizasiya xətləri üçün nəzərdə tutulur. Bunlar hamısı təmizləyici qurğulara töürülməlidir. Ora axıdılan sular təmizləyici qurğularda təmizlənməlidir və sonra axıdılma mənbəyində ortaya çıxan xoşagəlməz anlar olmamalıdır.

Xəzər dənizinin çirklənməsilə bağlı vəziyyətə gəlincə, əvvəlki illərə nisbətən vəziyyət bir qədər yaxşılığa doğru inkişaf edir. Lakin elə məqamlar var ki, mən buna dözə bilmirəm.

Biz “Azərsu” ilə dəfələrlə müzakirələr aparmışıq ki, harada qaynar nöqtələr var, harada çox narahatedici məsələlər var, oranı düzəltmək lazımdır. Məsələn, Yardımlıda kanalizasiya şəbəkəsini saxlayıb, Bakıda problemləri tam aradan qaldırmaq olar.

Əhaliyə və ekologiyaya zərər vuran məntəqələr təmri edilməlidir. Orada bütün sistem qurulmalıdır və sonradan öblgələrə keçirilməlidir”.

Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə bildirdi ki, iddia olunduğu kimi axan su kanalizasiya suyu deyil.

“Həmin ərazidə yaşayış evləri və digər obyektlər yoxdur, Görüntülərdən də göründüyü kimi ərazidə tikinti işləri gedir. Həmin xətlə dənizə axıdılan tikintinin katlavanında toplanan qrunt suları ola bilər, yəni bu tullantı suları deyil.

Qeyd etməliyəm ki, Bulvar ərazisindən vaxtilə dənizə axıdılan tullantı suların qarşısı alınıb və onlar Sahil kollektorun yönəldilərək təmizlənmək üçün Hövsan Aerasiya Stansiya ötürülməsi təmin edilib”, – Anar Cəbrayıllı bildirib.

Previous Post

Nazirlikdən məktəblərdə dini dərslərin tədrisi məsələsinə – REAKSİYA

Next Post

Dünya çempionu Anar Süleymanovun həyat yoldaşına cinayət işi açıldı – SƏBƏB (FOTO)

Next Post

Dünya çempionu Anar Süleymanovun həyat yoldaşına cinayət işi açıldı - SƏBƏB (FOTO)

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.