Sabahdan məktəblərdə dərslər dayandırılır

Mayın 1-dən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.

2018-2019-cu tədris ili üçün müəyyən edilən qrafikə əsasən, ibtidai siniflər üçün 1-5 may tarixlərində əlavə yaz tətili müəyyən edilib.

Həmçinin məktəbəhazırlıq qruplarında beş gün əlavə tətil (1-5 may) olacaq.

Qeyd edək ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.

Dərs ili ərzində beş gün olmaq şərti ilə payız, qış və ibtidai siniflər üçün əlavə yaz tətili müəyyənləşib.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *