EvKriminalGəncədə ev və marketlərdən oğurluq edən dəstə tutulub

Gəncədə ev və marketlərdən oğurluq edən dəstə tutulub

Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 evdən pul və velosiped, habelə marketlərin birindən tütün məmulatı oğurlayan Gəncə şəhər sakini S.İsgəndərov saxlanılıb.

Araşdırma zamanı onun, digər 4 nəfərlə birgə daha 2 mağazadan pul, danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, spirtli və sərinləşdirici içkilər oğurlamaları məlum olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdullayev, S.Əliyev və V.Musayev polis əməkdaşları tərəfindən saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Gəncə ŞBPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə