Goranboyda çoban güllələnib

Goranboyda çoban güllələnib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə “Boz dağ” ərazisində qeydə alınıb. Çobanlıqla məşğul olan, 2000-ci il təvəllüdlü Hümbətəliyev Şövqi Cəmşid oğlu sinə və baldır nahiyəsindən aldığı güllə xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin ehtimala görə, çoban dağlıq ərazidə ov edən şəxslərin silahından açılan atəş nəticəsində yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *