Gürcüstanın baş naziri TANAP-ın II hissəsinin açılış mərasimində iştirak edəcək

Gürcüstanın baş naziri Giorgi Qaxariya Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) ikinci hissəsinin açılış mərasimində iştirak edəcək.

Median.Az report-a istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

G.Qaxarianı mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib.

Qeyd edək ki, açılış mərasimi noyabrın 30-da Türkiyənin Ədirnə vilayətində keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *