Sumqayıtda və Oğuzda avtomobil sahiblərindən narkotik götürülüb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ DYPŞ və 4-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 320 qram olan marixuana aşkar edilib.

Bundan başqa, Oğuz RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz kənd sakini K.Zakirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın, idarə etdiyi “VAZ-2106” markalı avtomobildən isə 440 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *