Aygün Kazımovaya ağır itki

Xalq artisti Aygün Kazımovaya ağıt itki üz verib.

News24.az-ın yaydığı məlumata görə, A.Kazımovanın bir həftə öncə azadlığa çıxan qardaşı Kazım Kazımzadə vəfat edib.

Qeyd edək ki, Kazımzadə Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.

Noyabr ayının 15-i isə Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.

Allah rəhmət eləsin!

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *