Yaşayış binasında təhlükənin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının fasad hissəsinə vurulan dəmir örtüyünün qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *