EvCəmiyyətBakıda tələbə qız ölümlə təhdid edildi

Bakıda tələbə qız ölümlə təhdid edildi

Bakıda iranlı tələbə ölümlə təhdid edilib.

2000-ci il təvəllüdlü Hanifehzadeh Helia Nadir qızı polisə müraciət edərək bildirib ki, onun həyatı təhlükədədir.

Noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu H. Hanifehzadehi ölümlə hədələyib.

Qeyd edək ki, H. Hanifehzadeh İran vətəndaşıdır. O, Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı