Qaraçuxurda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 28-də Qaraçuxur qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini A.Kərimova vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Suraxanı RPİ 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı İ.Ocaqverdiyev saxlanılıb.

Araşdırma aparılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *