EvKriminalCəlilabadda evdən pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub

Cəlilabadda evdən pul və qızıl əşyalar oğurlayan şəxslər tutulub

Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evdən 265 manat, 800 dollar və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıblar.

RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı