Bakıda “erməni” dilində danışanların kimliyi məlum oldu – VİDEO

2019-cu ilin noyabr ayının 2-də sosial şəbəkələrdə Bakının Səbail rayonu, Dənizkənarı bulvar ərazisi boyunca guya milliyətcə erməni olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışması, qeyri-etik ifadələr işlətmələri ilə bağlı videogörüntü yayılıb.

“Ermənilər Bakıda” başlığı ilə paylaşılan video geniş müzakirələrə səbəb olub.

Araşdırma nəticəsində məlum olub ki, videodakı şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Onlar toy mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Sözügedən videogörüntülər həmin ərəfədə lentə alınaraq paylaşılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *