Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 avtomobildən mobil telefon, qızıl saat və ətir oğurlayan paytaxt sakini K.Məmmədov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də “Hyundai” markalı avtomobildən akkumulyator oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Quliyev saxlanılıb.

Araşdırma zamanı, onun daha 2 avtomobildən akkumulyator oğurlaması məlum olub.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *