Şabranda soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, dekabrın 7-də Şabran şəhərində naməlum şəxsin Çuxurəzəmi kənd sakini R.Babayevin 100 manat pulunu açıq talama yolu ilə ələ keçirməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəlifələr kənd sakini K.Rəsulov saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *