Rusiyanın Moskva vilayətinin Razdorı kəndində hüquq-mühafizə orqanları şəxsi evdə kazino aşkar ediblər.
“Buraya yalnız daimi müştərilər onlar üçün əvvəlcədən müəyyən olunmuş yerdəki avtomobillə gələ biliblər. Onlar kazino və poker turnirləri barədə qapalı mesaj vasitəsilə məlumatlandırılıblar”, – deyə DİN-in Moskva vilayəti üzrə mətbuat katibi Tatyana Petrovna açıqlayıb.
REN TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanının əməkdaşları kazinoya daxil olanda orada adminstrator, oyunçular və mühafizəçi olub.
Onlar 21 oyun terminalı, iki poker masası və pul müsadirə edərək götürüblər.
Hazırda kazinonun sahibinin kim olduğu araşdırılır.

