Nərimanovda qadını və 2 uşağını vurub, qaçan sürücü tutulub

Median.Az xəbər verir ki, noyabrın 24-ü saat 22 radələrində M.Nərimanov küçəsində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub.

Nəticədə zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *