Zabratda mübahisənin sonu qanla bitdi

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az xəbər verir ki, hadisə Zabrat 1 qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlu tanıdığı şəxslə mübahidə zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *