Bakıda Pakistan vətəndaşı küçədə döyüldü

Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb.

Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *