Goranboyda 15 yaşlı qızı avtomobil vurub

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Borsunlu kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova yolu qarşı tərəfə keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun kəllə-beyin travması aldığı, vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *