Bakıda beşmərtəbədə yanğın – 15 nəfər təxliyə olundu

Bakıda beşmərtəbəli evdə yanğın olub.

Median.Az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *