Mobil telefonları gizli şəkildə ölkəyə keçirmək istədi, tutuldu

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən saxlanılıb. Yoxlama zamanı sərnişindən gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən,hər biri şəffaf sellofana bükülü 7 ədəd “İphone 11 Pro” və 2 ədəd “İphone XS” markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.