Ucarlı ana Bakıda Yeni ilin ilk körpəsini dünyaya gətirdi

2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 nömrəli doğum evində qeydə alınıb.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib.

Yeni ilin ilk körpəsinin çəkisi 2,7 kq, boyu isə 50 sm-dir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *