Bakıda sevgilisinə əsəbiləşən kişi zəncirvari qəza törətdi – VİDEO

Bakıda zəncirvari qəza baş verib.

Hadisə Nərimanov rayonu, Təbriz küçəsində (“Metropark”ın qarşısı) qeydə alınıb.

“Mercedes” markalı maşın iki “VAZ 2106” markalı maşınla toqquşaraq köşkə çırpılıb.
Nəticədə, iki nəfər yüngül xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb “Mercedes”də olan sevgililərin mübahisəsi olub. Əsəbiləşnə kişi maşının idarəetməsini itirib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *