Hövsan yolunda “Nissan X-Trail” aşıb – FOTO

Hövsan avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, sürücü Rüstəm Paşayevin idarə etdiyi 99-TJ-074 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomobil yolun beton dirəyinə çırpılıb, nəticədə maşın aşıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Sözügedən yol-nəqliyyat hadisəsi yolda tıxaca səbəb olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *