İlin ilk günündə dünyada doğulan uşaqların sayı açıqlandı – Siyahıda Azərbaycan da var

Dünya əhalisi dayanmadan artır. Təkcə yeni ilin ilk günündə 392 min 78 körpə doğulub.

Median.Az xəbər verir ki. Azərbaycanda yanvarın 1-də 433 balaca dünyaya gözünü açıb. İlk uşağın Ucarda doğulduğu dəqiqləşib. Dünyada isə ilin ilk körpəsi adını ficili körpə alıb.


Doğulan körpələrin tən yarısı 8 ölkənin payına düşür. Həmin dövlətlərin sırasında Hindistan, Çin və ABŞ-ın daha böyük payı var.

Postsovet ölkələrindən Rusiyada 4 min 738, Qazaxıstanda 970, Qırğızıstanda 392, Ermənistanda isə 105 körpə dünyaya qədəm qoyub.


İlin ilk günündə vəfat edənlərin sayı doğulanlardan təxminən 7 dəfə azdır. İndi dünyada 7,763 milyard insan yaşayır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *