Sərnişinin ürəyi getdi, Bakıdan havaya qalxan təyyarə təcili eniş etdi

Bakı-Moskva sərnişin təyyarəsi təcili eniş edib.

“Aeroflot” aviaşirkətinə məxsus 1853 saylı Bakıdan Moskvaya uçan təyyarə təcili eniş edib.

REN TV-nin xəbərinə görə, sərnişinlərdən birinin özünü pis hiss etməsi və ürəyinin getməsi səbəbindən təyyarə təcili Volqoqrada endirilib.

Bu barədə aeroportun mətbuat katibi Anastasiya Qolodova məlumat verib:

“Təyyarə sərnişinlərdən birinin səhhətinin pis olması səbəbindən Volqoqrad hava limanına təcili eniş edib. Sərnişin təyyarədən çıxarılaraq xəstəxanaya çatdırılıb”, – deyə o bildirib.

Onun dediyinə görə, 85 sərnişinin olduğu təyyarə bir saat gecikmə ilə Moskvaya çatıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *