Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı – FOTO

Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb.

Median.Az xəbər verir ki, nazlı-qəmzəli sənətçi şəxsi “İnstagram” hesabında kilsədən foto yayımlayıb.

Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:

“Necə yəni, Xumar xristiandır?”, “Xumar, dininizi dəyişmisiz?”, “Xumar, nə üçün kilsəyə getmisiz?”, “Bəlkə yeni klip çəkdirirsiz?”…

Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova “susmaq qızıldır” prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *