EvCəmiyyətBakıdan Həştərxana uçan təyyarə geri qayıtdı

Bakıdan Həştərxana uçan təyyarə geri qayıtdı

Bakıdan Həştərxan hava limanına uçan təyyarə geri qayıdıb.

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
/oxu.az/

SON XƏBƏRLƏR
Mövzu üzrə