Bakı-Sumqayıt şossesində tanınmış güləşçi bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *