Yanan ticarət mərkəzindən son görüntülər – VİDEO

Novosibirsk vilayətinin İskitim şəhərində yanan ticarət mərkəzinin görüntüləri yayımlanıb.

REN TV xəbər verir ki, səhər saatlarında başlayan yanğın 3,5 min kvadrat metr ərazini əhatə edib.

Bölgənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın lokallaşdırılıb, insan itkisi qeydə alınmayıb.

Yanğınla mübarizəyə 113 nəfər yanğınsöndürən və 32 ədəd texnika cəlb edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *