Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətYazıçı Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”

Yazıçı Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”

“Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək”.

Bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, martın 16-dan etibarən birliyin fəaliyyəti məhdudlaşdırılacaq.

“Bəzi əməkdaşların, xüsusilə də yaşlı üzvlərin işə gəlməyinə məhdudiyyət qoyulacaq”, – A.Rzayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments