Ermənistanda koronavirusa yoluxanların sayı 266 oldu

Ermənistanda son bir gündə 17 nəfər koronavirusa yoluxub.

Bu barədə “Sputnik Ermənistan” bu ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən xəbər yayıb.

Bununla da, Ermənistanda koronavirusa yoluxanların sayı 266-ya çatıb.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə koronavirusun yayılması barədə danışarkən, Kotayk və Yerevandakı istehsal müəssisələrində yeni yoluxma hallarının qeydə alındığını vurğulayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *