EvCəmiyyətAzərbaycanda nazirdən yeni təyinat - ÖZƏL

Azərbaycanda nazirdən yeni təyinat – ÖZƏL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə rəhbər təyin edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Əmrə əsasən, Hikmət Əlizadə qurumun yeni yaradılan xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, H.Əlizadə ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəisi olub.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a təsdiqləyib.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı