TƏBİB xəbərdarlıq edir: “Bir yoluxma halı 60-a yaxın insanı yoluxdurur”

“Bir yoluxma halı 30, 50 bəzi faktlara görə 60-a yaxın insanı yoluxdurur”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Diqqət mərkəzi-Yekun” verilişində deyib:

“İnkubasiya dövrünün 14 gün olmasının üzərində dayandıq və müşahidə elədik ki, bəli, 14-cü günə qədər yoluxmamış hallar – inkubasiya dövrünü bitiririk, neqativ çıxır və evə göndəririk. Amma yoluxmuş halların 14, 21, 28-ci günə qədər davam etdiyini görürük. Tətbiq edəcəyimiz müalicənin effektivliyi orqanizmin immun sisteminin cavabından asılıdır”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *