Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətŞəhid ailələrinə ünvanlı yardım edilib - FOTO

Şəhid ailələrinə ünvanlı yardım edilib – FOTO

Şəhid ailələrinin yaşı 65-dən yuxarı olan üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım verilib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, hərbi qulluqçular şəhidlərimizin yaşı 65-dən yuxarı olan ailə üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım çatdırıblar.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək, zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.

Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək, onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.





RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments