EvKriminalBakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb

Bakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb

Bakıda əczaçılıq şirkətinin nümayəndəsi 156 min manat mənimsəməkdə ittiham olunub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

“Azfarma Dərman Sənaye LTD” şirkəti hesabda 156 min manat kəsir olduğunu görüb və bu barədə Nərimanov rayon 16-cı polis bölməsinə məlumat verib.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu ilin avqust ayında satış mütəxəssisi İ.T. (1973-cü il təvəllüdlü) göstərilən miqdarda dərmanı satmış və gəliri mənimsəmişdir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ.T.-nin göstərilən cinayətdə iştirakını yoxlayırlar.

Şübhəli hələ tutulmayıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə