Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçilib

Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.

Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib.

Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *