Qarabağda daha iki erməni hərbçinin meyiti tapılıb

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Median.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbçilərin qalıqları Hadrut qəsəbəsində aşkar edilib.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1685 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *