Mexiko hava limanında atışma olub, yaralananlar var

Meksikanın paytaxtında Mexiko hava limanında sui-qəsd əsnasında atışma baş verib, üç nəfər yaralanıb.

Bu barədə şəhərin ictimai təhlükəsizlik idarəsinin rəisi Ömər Qarsiya öz tviter səhifəsində məlumat verib.

Hadisə hava limanının ikinci terminalının giriş hissəsində baş verib.

Şübhəli şəxs xəstəxanada dünyasını dəyişib.

Hava limanı həmişəki kimi fəaliyyətini davam etdirir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *