Bakıda idmançı zalda ölü tapıldı – YENİLƏNİB + FOTO

Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.

Zalın sahibi Ceyhun Vəliyev oxu.az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:

“Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib”.

O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.

***

Bakıda fitnes məşqçisi vəfat edib.

Oxu.az-ın məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *