EvCəmiyyətCanlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - FOTO

Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı – FOTO

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Məhəmməd Nəbili müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

SON XƏBƏRLƏR
Mövzu üzrə