Bakıda baş verən qəzada xəsarət alan var

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Aynurə Qoşqar qızı Əliyeva xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *